Müştərilərimizi bu günkü yüksək rəqabətli bazar mühitində strateji qərarlar verməyə kömək etmək üçün həqiqi və etibarlı məlumat və problemlərin həlli yolları ilə təmin etmək.
Müştərimizin partnyoru kimi fəaliyyət göstərmək və yüksək standardlara uyğun keyfiyyətli işlə təmin etmək.
ERA kimdir?
ERA Bileşim şirkətinin marketinq və sosial araşdırma sahəsindəki təcrübəsini tam mənimsəmişdir. Bazarın tələbini hiss edərək və uzun müddətli təcrübəmizə əsaslanaraq biz bazar araşdırmalar, sosial araşdırmalar və promouşen xidmətləri ətrafında qurulmuş Marketing Center şirkətini yaratdıq.
İllər boyu yaranmış konsultant bazamız hesabatın yazılması üçün konsultantları cəlb etmək və müştərilərimizə daha peşəkarlıqla yanaşmağa imkan verir. Hal-hazırda ERA təcrübəli işçi heyəti ilə birlikdə marketinq və sosial araşdırma, ictimai rəy sorğuları və promo aksiyalar həyata keçirərək işini davam etdirir. ERA 14 tam ştatlı idarəedici işçilərdən və bütün Azərbaycanı əhatə edən sahə işinə cəlb olunan və sahə işini müvəffəqiyyətlə bitirən 100 nəfərə yaxın yarım ştat işçilərdən ibarətdir. Dünya standartlarına cavab verən ən müasir avadanlıqlardan və proqramlardan istifadə etməklə ERA yerli və xarici şirkətləri istənilən sferada məlumatla təmin edir.
ERA-nın Bileşim şirkəti ilə əməkdaşlığı davam edir və Bileşim şirkəti müqavilə əsasında Azərbaycanda keçirdiyi araşdırma prosesinin aparılmasına, həmçinin hesabatın hazırlanması və nəticələrin təqdimatı işlərinə ERA şirkətini cəlb edir. Eynilə, ERA şirkətinin bilavasitə özünün keçirdiyi müəyyən araşdırma layihələrinin hesabat və təqdimat işlərində Bileşim şirkəti iştirak edir.
ERA bazar araşdırması sahəsində müasir üsullardan istifadə etmək və biznes əlaqələrini artırmaq məqsədilə ESOMAR tərəfindən həyata keçirilən müxtəlif seminarlarda, kommersiya prezentasiyalarında və illik konfranslarda iştirak etmək imkanına malikdir. Bu tədbirlər 70 ölkədən 1000-ə yaxın peşəkarı bir araya gətirir.