Bu araşdırma metodu tədqiqatçıların ictimai fikri müəyyən etməsi üçün sorğular və araşdırmalar yolu ilə statistik məlumatın toplanmasına əsaslanır.
Kəmiyyət araşdırmaları aşağıda sadalanan sorğu üsulları əsasında aparılır:
Sahə işi - evlərdə, küçələrdə respondentlərlə intervülər
Telefon sorğusu
Poçt vasitəsilə sorğu
Ekspertlərlə sorğu
Müəyyənləşdirilmiş yerlərdə məhsul/xidmət testi
Sahə işi - intervüerlərdən və supervayzerlərdən ibarət olan sahə qrupları sahə işini həyata keçirir. Sahə işinin keyfiyyətinə nəzarət, ERA-nın yüksək effektlilik və dəqiqliklə həyata keçirilən yerindəcə nəzarət sistemi vasitəsilə təmin olunur. Beləliklə, intervülərin 65%-i sorğu prosesi zamanı yoxlanılır. Daha sonra bütün anketlər ofisdə ətraflı gözdən keçirilir.
KƏMİYYƏT ARAŞDIRMALARINA NƏ ZAMAN EHTİYAC DUYULUR?
İstehlakçıların istehlak vərdişlərini aydınlaşdırmaq üçün
İstehlakçıların üstünlük verdikləri aspektləri müəyyən etmək üçün
Məhsul/xidmətin müsbət və mənfi aspektlərini müəyyənləşdirmək üçün
İstehlakçıların məmnuniyyət dərəcəsini öyrənmək lazım gəldikdə