Azərbaycanda keçirilən hər hansı bir bazar araşdırmasından əldə olunan nəticələr Siz üçün maraqlıdırmı?
   Maraqlıdır
   Maraqlı deyil

 
 
YENİLİKLƏRƏ ABUNƏ OL
Adınız
e-mail
 
 


HEYƏT

ERA Marketinq Mərkəzinin idarə heyəti haqda qısa məlumat

Elmir Qasımov, Direktor
2000-ci ildən ERA Marketinq Mərkəzinin təsisçisi və direktorudur. Cənab Qasımov iş fəaliyyətini 1996-ci ildə Bileşim İnternational (Türkiyənin araşdırma şirkəti) şirkətində başlamışdır və araşdırma sahəsində on bir illik təcrübəyə malikdir. Onun bu sahədə təcrübəsi əsasən keyfiyyət, kəmiyyət və masa üstü tədqiqatın həyata keçirilməsi, qabaqcıl kompüter proqramları texnikaları üzrə heyətin qabiliyyətinin yüksəldilməsi, yeni tədqiqat texnikalarının və üsullarının inkişafı və irəliləməsi sahələrini əhatə edir.

Cənab Qasımov bakalavr və magistr dərəcələrini Azərbaycan Respublikası Nazirlər kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun (İstambul Universitetinin İşlətmə fakultəsi modeli) Biznesin İdarə edilməsi və Marketinq sahəsində almış, Azərbaycan Milli Elmlər Akademiyasının aspirantı olmuş, “Azərbaycanın Xarici Əlaqələrinin Nəzəri və Metodik Problemləri” mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad elmləri namizədi dərəcəsini almışdır. Marketinq tədqiqatı sahəsində peşəkər fəaliyyəti və uğurları sayəsində Cənab Qasımov 2004-cü ildə ERA-nın ESOMAR Assosiyasına (Fikir və Marketinq Tədqiqatı üzrə Avropa Cəmiyyəti) üzv kimi qəbul edilməsinə nail olmuşdur.
 

Anar İbrahimov, Əməliyyat Meneceri
Cənab İbrahimov təşkilatın əməliyyat meneceri kimi tədqiqat sahəsində səkkiz illik təcrübəyə malikdir. O, sorğu hazırlanması, məlumat toplanması, analiz, hesabat və toplanmış məlumatın təqdim olunması, şirkət işçiləri üçün müxtəlif təlim proqramlarının hazırlanması və keçirilməsi (məlumat toplayıcıları və nəzarətçilər üçün), potensial müştərilər üçün təklif hazırlanmasında iştirak daxil olmaqla tədqiqat layihələrinin ümümi yerinə yetirilməsi prosesini idarə edir.

Cənab İbrahimov bakalavr və magistr dərəcələrini Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəsi sahəsində almışdır. Hal-hazırda O, “Azərbaycanda Hazırki Mərhələdə Biznesin İnkişafında Menecmentin Funksiyaları” üzrə doktorluq işinin üzərində işləyir. Bir sıra elmi məqalə və tezislərin müəllifidir. Onun təhsili və peşəkar fəaliyyəti sayəsində şirkət Azərbaycanda müxtəlif biznesin inkişafı proqramlarında iştirak etmişdir.
 

Günay Nəbiyeva, Keyfiyyət Tədqiqat Şöbəsinin Meneceri/Moderator
Xanım Nəbiyeva 5 ildir ki, ERA Marketinq Mərkəzində çalışır və mərkəzə yerli və beynəlxalq səviyyədə müxtəlif layihələrin idarə olunmasında köməklik göstərir. Xanım Nəbiyeva moderator vəzifəsində Azərbaycan və Rus dillərində hər il yüzə yaxın Fokus Qrup Müzakirəsi (FQM ) keçirmişdir. O, müştərilərlə layihənin məqsədlərinin aydınlaşdırılması, qrup müzakirələr üçün sual formunun hazırlanması, FQM-lərin keçirilməsi, nəticələr haqqında yekun hesabatın hazırlanması daxil olmaqla FQM-lərin təşkili və yerinə yetirilməsinə cavabdehdir.

Xanım Nəbiyevanın təhsili İqtisadiyyat sahəsindədir. O, Bakıda Procter&Gamble tərəfindən keçirilən Qrup İdarəetməsi sahəsində təlim keçmiş, Türkiyənin İstanbul şəhərində Bileşim İnternational şirkətinin baş ofisində ixtisaslaşma kurslarını müvəffəqiyyətlə başa vurmuşdur. Həmçinin O, Qafqaz Tədqiqat və Resurs Mərkəzinin Gürcüstanın Tbilisi şəhərində keçirilən “Keyfiyyət üzrə İctimai Tədqiqat Metodları” təlimində iştirak etmişdir. O, öz enerjisi, ruh yüksəkliyi və dəqiqliyi sayəsində FQM sahəsində effektli və hərtərəfli üsulların inkişaf etdirilməsinə şərait yaratmışdır.
 
Dilarə Hüseynzadə, Layihə Meneceri
Xanım Hüseynzadə komanda işlərində və ünsiyyət sahələrində bacarıqlı, məsuliyyətli, məqsədyönlü və yaradıcı işçidir. Onun müxtəlif sağlamlıq sosial-iqtisadi və marketinq yönlü araşdırma proqramlarının idarə edilməsi sahəsində təcrübəsi var. Xanım Hüseynzadə hal-hazırda Sosioloji kəşflər sahəsində müxtəlif akademik tədqiqat işləri üzərində aktiv işləyir.
Onun ERA Marketinq Mərkəzində cavabdehliklərinə sosial araşdırma layihələrinin ümumi idarəsi, təklif olunan vaxt çərçivəsində layihə gedişatına nəzarət, layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək, layihə komandasına nəzarət etmək, müştərilər üçün təkliflərin hazırlanmasında iştirak etmək, keyfiyyət və kəmiyyət araşdırmalarında tapıntıların yekun hesabatlarının hazırlanmasında köməklik göstərmək daxildir.
Xanım Hüseynzadə 2005-2006-cı tədris ili ərzində ABŞ-ın Vaşinqton ştatında Skagit Vadi Kollecində Sosiologiya üzrə təhsil almışdır və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Əlaqələr fakültəsində tələbədir.
 
Teymur Hacıyev , Layihə Meneceri
Cənab Hacıyev bacarıqlı, məsuliyyətli, yaradıcı bir işçidir. 2003-2006 illərdə ingilis dili müəllimi kimi işləyən, bu dildə bir çox danışıq klubları təşkil edən və müxtəlif konfransların iştirakçısı olan Cənab Hacıyev ERA Marketinq heyətinə 2006-ci ildə qoşulmuşdur.
Onun ERA Marketinq Mərkəzində cavabdehliklərinə sosial araşdırma layihələrinin ümumi idarəsi, təklif olunan vaxt çərçivəsində layihə gedişatına nəzarət, layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək, layihə komandasına nəzarət etmək, müştərilər üçün təkliflərin hazırlanmasında iştirak etmək, keyfiyyət və kəmiyyət araşdırmalarında tapıntıların yekun hesabatlarının hazırlanmasında köməklik göstərmək daxildir.
Cənab Hacıyev bakalavr dərəcəsini 2001-2006-cı illərdə Milli Aviasiya Akademiyasında, “İqtisadiyyat və Menecment” fakultəsində almışdır. Elə həmin universitetin magistr dərəcəsini qırmızı diplomla bitirmişdir.
 

Faiq Məmmədov, Sahə üzrə Menecer
Cənab Məmmədov ERA Marketinq Mərkəzinin heyətinə 1999-cu ildə qoşulmuşdur. O, sorğuların keçirilməsi və ümumi sahə işinin nəzarəti sahələrində yüksək təcrübəyə malikdir. Onun vəzifələrinə sahə komandasına işçilərin cəlb edilməsinə nəzarət, sorğu keçiriləcək insanların sayının hesablanması və hədəf sahələrin aydınlaşdırılması yolu ilə sahə işinin planının tərtib edilməsi, layihənin yerinə yetirilməsi müddətinin koordinasiyası, intervüer və nəzarətçilərə sahəyə çıxmadan öncə təlim keçirilməsi, maliyyə şöbəsi üçün layihə büdcəsinin icrası və yekun hesabatların hazırlanması kimi sahə işinin bütün mərhələlərinin həyata keçirilməsi daxildir.
Cənab Məmmədov tədqiqat və birbaşa marketinq layihələrinin ümumi sahə işinə nəzarət edir.
O, bakalavr dərəcəsini Siyasi Elmlər Universitetinin Sosiologiya / Beynəlxalq Siyasət sahəsində almışdır.
 

Zaur Pirməmmədov, Məlumat analizçisi
Cənab Pirməmmədov 1998-ci ildən heyətin üzvüdür. O, sorğuların keçirilməsi və ümumi sahə işinə nəzarət də daxil olmaqla araşdırma layihələrinin həyata keçirilməsi prosesinin bütün mərhələləri üzrə təcrübəyə malikdir. Hal-hazırda O, fokus qrup müzakirələrinin keçirilməsi üçün nəzərdə tutulmuş otağın texniki hazırlanması, xüsusi statistik kompüter proqramlarına (SPSS, Pin Point, Vortex) məlumatın daxil edilməsinin təşkil olunması; məlumatın kodlanması, təmizlənməsi və tabulyasiya proseslərinə nəzarət etmək sahələrinə cavabdehdir.
Cənab Pirməmmədov bakalavr dərəcəsini Sumqayıt Dövlət Universitetinin “Texnologiya Aparatları və Avadanlıqları” sahəsində almışdır. QTRM tərəfdən təşkil olunmuş "Sosioloji Məlumatların Təhlilində SPSS Proqramı Təminatının Praktiki Tətbiqi" kursunu uğurla başa vurmuşdur. Onun software və hardware əməliyyatları sahəsində dərin biliyi və yığılmış məlumatın emal edilməsi sahəsində iş təcrübəsi məlumatın emal edilməsi avadanlığı və software inkişafına təkan verir.
 
Aysel Tağıyeva, Məlumat analizçisi
Xanım Tağıyeva ERA Marketinq mərkəzinin heyətinə 2005-cı ildə qoşulmuşdur. O, çox bacarıqlı, diqqətli, ünsiyyətcil, eyni zamanda çox məsuliyyətli işçidir. Onun müsahibə aparma və məlumatların daxil edilməsi kimi sahələrdə təcrübəsi var. Xüsusi statistik kompüter proqramlarına (SPSS, Pin Point, Vortex) məlumatın daxil edilməsinin təşkil olunması; məlumatın kodlanması, təmizlənməsi və tabulyasiya proseslərinə nəzarət etmək onun vəzifələrinə daxildir
Xanım Tağıyeva bakalavr dərəcəsini 2002-2006-cı illərdə Azərbaycan Texniki Universitetində “Avtomatlaşdırılmış İdarəetmə sistemi və proqram təminatı” sahəsində almışdır.
 

 

Rəylər    

Xəbərlər         
01.11.2008:
Kleopatra balaca, kök və çirkin idi

01.11.2008:
Mövcud müştərilər kimlərdi?

01.11.2008:
Topdan satış nədir?

01.11.2008:
Azərbaycanda avtomobil istifadəsi

01.11.2008:
Pul uğurun ölçüsü kimi

01.09.2008:
Əyilən vəziyyətdə qalan Piza qülləsi heç vaxt düz durmayıb

01.09.2008:
Cavan görünməyin vacibliyi

01.09.2008:
Doqquzdan beşə kimi işləmək

01.09.2008:
İctimai münasibətlər

01.09.2008:
Marketinq araşdırmasının vacibliyi

2006 © ERA Marketing Center. All rights reserved.