ERA Marketing Center şirkəti 1996-cı ildə Bileşim Beynəlxalq Araşdırma Mərkəzi (Türkiyənin İstanbul şəhərində yerləşən Bileşim Beynəlxalq Araşdırma və Məsləhət şirkətinin filialı) adı altında təşəkkül tapmışdır
ERA 2000-ci ildə Azərbaycanda, Bakı şəhərində özəl azərbaycan müəssisəsi olaraq yenidən qeydiyyatdan keçmişdir. Azərbaycanda müxtəlif müştərilər üçün keyfiyyət, kəmiyyət və masa üstü araşdırmaları keçirdən ERA ilk geniş miqyaslı araşdırma şirkətidir. ERA Citizen Development Corps, Amerika Qeyri hökumət təşkilatının 1999-2004 illər ərzində Azərbaycanda həyata keçirdiyi “İqtisadiyyat və Sahibkarlığın İnkişafı” layihəsində partnyor olaraq iştirak etmişdir.
Bilesim International Research & Consultancy şirkətinin yaxın partnyoru olaraq, ERA davamlı olaraq ESOMAR - Avropa Sorğu və Bazar Araşdırmaları Cəmiyyətinin kodlar və standartlarına uyğun fəaliyyət göstərirdi. Keyfiyyətli marketinq hidmətlərinə mövcud və potensial müştərilər tərəfindən artan tələbləri nəzərə alaraq ERA şirkəti ESOMAR-da qeydiyyatdan keçdi.
İqtisadi inkişaf proseslərində fəal iştirak etmək, dünya miqiyaslı şirkətlərin təcrübələrilə bölüşmək və Azərbaycan və xarici biznes cəmiyyətlərində effiktiv təmsil olmaq məqsədilə ERA Marketing Center şirkəti Azərbaycanda (AmCham) Amerika Ticarət Palatasının üzvü oldu.
Hal-hazırda ERA şirkətinin araşdırma xidmətləri yalnız Azərbaycanla məhdudlaşmır. ERA Gürcüstan və Qazaxstanda yerləşən araşdırma şirkətləri ilə birbaşa əlaqə saxlayaraq bu ölkələrdə araşdırma keçirmək imkanı əldə edib. Türkiyədə yerləşən beynəlxalq səviyyəli Bileşim araşdırma şirkəti ilə partnyorluq əlaqələri əsasında ERA dünyanın 80-ə yaxın ölkəsində araşdırma xidmətləri təklif edir.
2006-cı ildə ERA Marketinq Mərkəzi TGI (Target Group Index) layihəsinin Azərbaycanda istehsalı və satışı üçün COMCON-2 şirkətindən (TGİ-ın istehsalı və satışını Rusiyada həyata keçirmək üçün lisenziyalaşdırılmış şirkət) lisenziya almışdır. TGI 1960-cı illərdən 60 ölkədə aparılan, qlobal tək mənbəli bazar tədqiqat sorğuları şəbəkəsidir.