Tədqiqat, ümumi anlayışda və tam bilinməyən şeylər haqqında məlumatın toplanması və öyrənilməsi deməkdir. Demək olar ki, hamı tədqiqatın bu və ya digər formasına cəlb edilir. Zəlzələnin səbəblərini araşdıran, yüksək praktika keçən geoloqdan başlayaraq, casus novellaları yaxşı satılan yazıçıya kimi.
Marketoloqlar üçün təqiqat təkçə öyrənmək məqsədini daşımır, həm də yaxşı qərarlar çıxarmaq üçün kritik komponentdir. Marketinq araşdırması marketoloqlara baş verənin (yaxud baş verə biləcək) təsəvvürünü verərək bunu edir və yaxşı alınanda, ola biləcək alternativ seçimlər təklif edir. Məsələn yaxşı tədqiqat yeni məhsulların təqdim olunması və ya yeni bazarlara daxil olmaq üçün bir neçə seçim imkanı təklif edir. Çox hallarda marketoloqlar bir dənədən artıq seçim əldə ədəndə, marketinq qərarları daha az riskli sayılır.
Evin esasının analogiyasını istifadə ədərək, marketinq tədqiqatı marketinqin əsası kimi baxıla bilər. Yaxşı tikilən evin sabit durması üçün möhkəm əsasa ehtiyacı olduğu kimi, marketinq qərarlarının da müştəri tərəfindən yaxşı qarşılanması və rəqabətə və xarici təzyiqlərə davam gətirməsi üçün tədqiqatın köməyinə ehtiyacı var. Buna gorə bütün marketinq sahələri və bütün marketinq qərarları, bəzi tədqiqatlar tərəfindən kömək almalıdırlar.
Baxmayaraq ki tədqiqat marketinq qərarını çıxarmaq üçün əsas amildir, efektiv olmaq üçün o, həmişə dəqiq işlənmiş olmamalıdır. Hərdən internetdə axtarış aparmaq kimi kiçik bir şeylər də lazım olan məlumatla təchiz edir. Lakin marketoloqların çoxusu üçün hərdən elə vaxt olur ki onlara dəqiq araşdırma lazım olur və tədqiqatın düzgün idarəedilmə yolunun anlanılması, fərqi yoxdu onlar işləri özləri görür və ya bunun öhtəsindən gəlmək üçün kimisə işə götürür, həmin layihələrin effektivliyini artıra bilər.