Əyilən vəziyyətdə qalan Piza qülləsi heç vaxt düz durmayıb
Tikintisi 1173-cü ildə başlayan Piza qülləsinin bünövrəsi nahamar qoyuldu. Tikinti dayandırıldı, və yalnız 100 il sonra davam etdirildi. Sonra isə aydın görülməyə başlandı ki, Piza qülləsi cənuba tərəf əyilir.
1911-ci ildən başlayan mütəmadi ölçmələrdən məlum oldu ki, qüllənin yuxarı hissəsi ildə 1.2 millimetr (0.05 düym) hərəkət edir. Bugün Piza Qülləsinin yuxarı hissəsi 5.3 metrəyə (17.4 fut) yaxın mərkəzdən aralanıb.
1989-cu ildə Pavia Kilsəsinin zəng qülləsi dağıldıqdan sonra Consorzio Progetto Torre di Pisa (Piza Qülləsinin Layihə Konsorsiumu) Əyilən Qülləni sabitləşdirmək üçün mühəndislərə tapşırıq verdi. İlk illərində qüllənin müxtəlif səmtlərə əyilməsinə görə o, banan kimi bir az bükülüb. Mühəndislər daha çox qüllənin dayanması üçün işləyirlər nəinki tikilişi üçün və ümid edirlər ki, yuxarı hissəsini 20 sm (8 düymə yaxın) tərpədəcəklər. Amma bu o deməkdir ki, 800 yaşlı qüllə əyilmiş vəziyyətdə qalacaq.
Pizanın Əyilən Qülləsi İtaliyanın Piza şəhərində Piazza dei Miracoli (Möcüzə Meydanında) durur. Pizanın Əyilən Qülləsinin yuxarı hissəsinə 296 addım var.