Azərbaycanda keçirilən hər hansı bir bazar araşdırmasından əldə olunan nəticələr Siz üçün maraqlıdırmı?
   Maraqlıdır
   Maraqlı deyil

 
 
YENİLİKLƏRƏ ABUNƏ OL
Adınız
e-mail
 
 


 
01.11.2008

Pul uğurun ölçüsü kimi

Son illər ərzində yaranan bazarlara azad kapital axımı bütün dünyada insanlara ilk dəfə olaraq vacib iqtisadi imkanlar gətirib. İnkişaf edən ölkələrin hökumətləri regionda sahibkarlara uğurlu kompaniyalar yaratmağa və yeni işlər açılmasına imkan verərək sürətlə qlobal iqtisadiyyata doğru gedirlər. Milyonlarla insan yoxsulluqdan canlarını qurtarır və bir neçə lider fantastik dərəcədə varlı olur.
 
Varlı olmaq yaxşıdır. Ya da Asiyada belə görsənir harada ki, 57% çinli, 56% tailandlı və 53% hindistanlı elə düşünür ki, pul uğurun ən yaxşı ölçüsüdür. Digər tərəfdən qərb avropalılar əmin deyillər ki, pul uğuru təyin edən amildir. Yalnız 22% ispaniyalı, 29% fransız və 14% britaniyalı deyə bilər ki, qazandığın pulun miqdarı sənin həyatda nə qədər uğurlu olmağın göstəricisidir.
Başqa Qlobal TGİ kəşfi göstərir ki, o ölkələrdə harada ki, pul uğurun əsas göstəricisi deyil, qiymət əsasən maaşdan asılı olmayan həyat olaylarına verilir, məsələn ailə ilə və ya dostlarla keçirilən vaxt. Məsələn, fransızların 30%, ispaniyalıların 17% və britaniyalıların 14% irəliyə getmək üçün ailə ilə keçirilən vaxtı qurban verə bilər, digər təfəfdən isə 47% braziliyalı, 48% səudiyyə ərəbistanlı, 53% hindistanlı və 59% cənubi afrikalı isə ailə ilə keçirilən zamanı böyük pula dəyişməzlər.
Maraqlıdır ki, maliyyə varlığını uğurun vacib faktorlarından sayan ölkələrdə yaşayan insanlar öz yaşam standartları ilə razıdırlar. Bütün gəlir səviyyəsindən olan hindistanlı respondentlərin 70% deyir ki, onlar yaşadıqları standartlarla razıdırlar, 75% tailandlı da yaşadıqları həyatla razıdırlar. O biri tərəfdən yalnız 53% ispaniyalı və 44% fransız öz yaşam standartları ilə razıdırlar.
50% meksikalının uğurun ən yaxşı ölçüsünü pul hesab etdikdə, yalnız 21% dedi ki, başqalarının onları maliyyə cəhətdən uğurlu olduqlarını düşünməsini xoşlayırlar. Meksikalıların 49% deyir ki, onlar qənaət etmək istərdilər amma bu onlar üçün çətin olduğunu, 33% isə etiraf edir ki, onlar pulu fikirləşmədən xərcləyirlər. Braziliyada əhalinin 17% deyir ki, başqaları tərəfindən onların maliyyə cəhətdən uğurlu olduqlarını düşünülməsindən zövq alırlar, və yalnız 30% hiss edir ki, onlar maliyyə cəhətdən təhlükəsizdirlər. Təəcüblü deyil ki, 71% braziliyalı deyir ki, onlar əvvəlki vaxtlardan fərqli olaraq indi pulu daha qənaətlə xərcləyirlər.
Uğuru pulun vacib faktoru hesab etməyən ölkələrdə yaşayan respondentlər dizayner etiketləri və mükafatlarda daha az maraqlıdırlar. Etiketin insanın imicini inkişaf etməsini soruşulduqda yalnız 9.45% britaniyalı və 9.48% fransız müsbət cavab verdi. Bundan fərqli olaraq, hindistanlıların 48%, səudiyyə ərəbistanlıların 51% və çinlilərin 56% deyir ki, populyar markanın və ya dizayner etiketinin geyinilməsi imici inkişaf etmək üçün kömək edir.

MƏNBƏ: Qlobal TGİ Barometr, Məqalə 34
Rəylər    

Xəbərlər         
01.11.2008:
Kleopatra balaca, kök və çirkin idi

01.11.2008:
Mövcud müştərilər kimlərdi?

01.11.2008:
Topdan satış nədir?

01.11.2008:
Azərbaycanda avtomobil istifadəsi

01.11.2008:
Pul uğurun ölçüsü kimi

01.09.2008:
Əyilən vəziyyətdə qalan Piza qülləsi heç vaxt düz durmayıb

01.09.2008:
Cavan görünməyin vacibliyi

01.09.2008:
Doqquzdan beşə kimi işləmək

01.09.2008:
İctimai münasibətlər

01.09.2008:
Marketinq araşdırmasının vacibliyi

2006 © ERA Marketing Center. All rights reserved.