Topdan satış bir paylama kanalıdır harada ki, bir təşkilat ilk öncə başqa təşkilatlara (lakin ümumilikdə son istehlakçıya yox) yenidən onları paylaması məqsədi ilə təchiz edən firmalardan məhsul alır.
Topdan satış taciri aşağıdakıları lazımı vasitələrlə təchiz edən təşkilatdır: 1) Təchiz edənləri (məs. istehsalçıları) təşkilatı alıcılarla (məs. pərakəndə satış nöqtələri, biznes alıcılar) əlaqələndirmək, və 2) bəzi biznes alıcılara başqa yolla ala bilməyəcək məhsulları almaq imkanı verir.
Baxmayaraq ki, çox sayda iri pərakəndə satış nöqtələri və hətta istehsalçılar ləvazimatlarını mərkəzləşdiriblər və topdan satış tacirlərinin məşğul olduqları məsələlərlə məşğuldurlar, biz onları satış tacirləri hesab etmirik, çünki bu münasibətlərə yalnız bir başqa tərəf, alıcı, cəlb edilir. Beləliklə, tacirləri fərqləndirən cəhət odur ki, onlar həm təchiz edən tərəfə həm də alan tərəfə paylamanı təklif edirlər.