Mövcud müştərilər səciyyəvi olaraq təyin olunan vaxt ərzində təşkilatın xidmətlərindən və ya məhsullarından istifadə edən və ya alan müştərilərdən ibarətdir.
Bəzi təşkilatlar üçün vaxt müddəti qısa ola bilər, məsələn kofe mağazası son üç ayda kofe alanı mövcud müştəri hesab edə bilər. Başqa təşkilatlar kimisə onlar son illər ərzində heç bir şey almasalar da mövcud müştəri hesab edə bilər (məs. televizor istehsalçıları). Mövcud müştərilər vacibdirlər çünki onlar şirkətlə hal-hazırda əlaqə saxlayır və bunun nəticəsi olaraq onlar şirkətə onlarla əlaqədə olmaq üçün səbəb verir. Əlavə olaraq, mövcud müştərilər gələcək satışlar üçün ən yaxşı bazarı təqdim edirlər, xüsusilə də onlar hal-hazırda satıcı ilə əlaqələrlə razıdılarsa. Mövcud müştəriləri məhsul almağa cəlb etmək yeni müştərini tapmaqdan daha asan və ucuzdur, ən əsası ona görə ki, onlar satıcını tanıyırlar və ona inanırlar və düzgün edilərsə promosiya müraciəti üçün əlaqə asan qurulur (məs. yeni məhsul üçün xüsusi endirimləri elektron poçt vasitəsilə göndərmək).