Kleopatra Yuli Sezar və Mark Antoniyi öz guman edilən dəfedilməz gözəlliyi ilə tovlayan qədim Misirin kraliçası Britaniya Muzeyində keçirilən sərgidə balaca, köhnə modalıvə stomatoloqa ehtiyacı olan kimi təqdim edilib.
Eramızdan əvvəl birinci əsrdə hökmdarlıq edən əfsanəvi qadının rolunu Vivyen Lif, Sofi Loren və Elizabet Teylor oynayıb, və hamısı onu ölümündən əvvəl kişiləri xəyallara aparan qarayanız gözəlçə kimi təqdim edib.
“Mif və yəgin ki, cəfəngiyyat,” – Kleopatra sərgisinin kuratoru, Syuzan Volker deyir.
Əvvələr başqa kraliçaların heykəli zənn edilən Kleopatranın 11 heykəli ilk dəfə olaraq birgə göstəriləcəklər. Onlar kraliçanı sadə və qəddar göstərir. O yəgin ki, kök və boyu 5 futdan artıq olmayıb.
O daha çox akademik biliklərini çoxaldana bənzəyir nəinki cazibədar sevgiliyə. Onun ilk dili yunan dili olub, lakin o həmçinin latın, ivrit, aramey və misir dillərində danışırdı.